MÖHÜR HAZIRLANMASI

KATALOQ

TƏLƏB EDLƏN SƏNƏDLƏR

Qurumun ilk möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Qurumun Dövlət reyetsrindən çıxarışı;
  3. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  4. Müraciət edən qanuni təmsilçi  (direktor) və ya təsisçi özü olmadıqda müraciət edən şəxsə müvafiq səlahiyyətin verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə.

Qurumun ikinci və ardıcıl olaraq digərlər möhürlərinin sifarişi üçün:

  1.  Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Qurumun Dövlət reyetsrindən çıxarışı;
  3. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  4. Müraciət edən qanuni təmsilçi (direktor) özü olmadıqda müraciət edən şəxsə müvafiq səlahiyyətin verilməsinə dair ilk möhür ilə təsdiqlənmiş etibarnamə.

Qurumun dublikat möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Qurumun Dövlət reyetsrindən çıxarışı;
  3. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  4. Qeydə uyğun olaraq əlavələr;
  5. Müraciət edən qanuni təmsilçi (direktor) özü olmadıqda müraciət edən şəxsə müvafiq səlahiyyətin verilməsinə dair ilk möhür ilə təsdiqlənmiş etibarnamə/möhür itirildikdə isə qurumun adından notarial qaydada təsdiq edilmiş etibarnamə.

Qeyd:

  • dublikat möhür möhür itirildikdə və ya yarasız hala düşdükdə sifariş verilir;
  • möhür itirildikdə əlavə olaraq Azərb.Res. DİN-nin Tapıntılar bürosundan möhürün tapılmamasına dair arayış;
  • möhür yararsız hala düşdükdə əlavə olaraq yarasız hala düşmüş möhür təqdim edilir.

 

 

İmza-möhür (faksimil) sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. İş yerindən arayış.

Qeyd:

  • imza-möhürün (faksimilin) sifarişi etibarnamə əsasında digər şəxs tərəfindən sifariş verilə bilməz.

 

 

Fərdi sahibkarın (fiziki şəxsin) ilk möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  3. Müraciət edən Fərdi sahibkarın (fiziki şəxsin) özü olmadıqda müvafiq səlahiyyətin verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə.

Fərdi sahibkarın (fiziki şəxsin)  ikinci və ardıcıl olaraq digərlər möhürlərinin sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  3. Müraciət edən Fərdi sahibkarın (fiziki şəxsin) özü olmadıqda müvafiq səlahiyyətin verilməsinə dair fərdi sahibkarın (fiziki şəxsin) ilk möhürü ilə təsdiq edilmiş etibarnamə.

Fərdi sahibkarın (fiziki şəxsin) dublikat möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  3. Qeydə uyğun olaraq əlavələr;
  1. Müraciət edən fərdi sahibkarın (fiziki şəxsin) özü olmadıqda müvafiq səlahiyyətin verilməsinə dair ilk möhür ilə təsdiqlənmiş etibarnamə/möhür itirildikdə isə fərdi sahibkarın (fiziki şəxsin) adından notarial qaydada təsdiq edilmiş etibarnamə.

Qeyd:

  • dublikat möhür möhür itirildikdə və ya yarasız hala düşdükdə sifariş verilir;
  • möhür itirildikdə əlavə olaraq Azərb.Res. DİN-nin Tapıntılar bürosundan möhürün tapılmamasına dair arayış;
  • möhür yararsız hala düşdükdə əlavə olaraq yarasız hala düşmüş möhür təqdim edilir.

 

 

Təsərrüfat fəaliyyətinin subyektinin ləğvetmə prosesində olmasına dair möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Qurumun Dövlət reyetsrindən çıxarışı;
  3. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  4. Möhürün Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ləğv edilməsinə dair Akt və / və ya müvafiq təsərrüfat subyektinin ləğv etmə prosessində olmasını təsdiq edən bildiriş;
  5. Müraciət edən təsviyəçi özü olmadıqda müvafiq səlahiyyətin verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə.

 

 

Həkimin ilk möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Diplom;
  3. İş yerindən arayış;
  4. Qeydə uyğun olaraq əlavələr;
  1. Müraciət edən həkimin özü olmadıqda müvafiq səlahiyyətin verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə.

Qeyd:

  • möhürdə hər hansı bir səhiyyə qurumun adının yazılması yalnız həmin qurumun rəsmi məktubu əsasında mümkündür;
  • möhür həkimin vəzifəsi təqdim edilmiş iş yerindən arayışa əsasən hazırlanır.

 

 

Vəkilin (fərdi qaydada fəaliyyət göstərən) ilk möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Vəkil vəsiqəsi;
  3. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  4. Vəkillər Kollegiyası tərəfindən təsdiq edilmiş layihə;
  5. Müraciət edən vəkil özü olmadıqda müvafiq səlahiyyətin verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə.

 

 

Auditorun(fərdi qaydada fəaliyyət göstərən) ilk möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Lisenziya;
  3. Qeydiyyat (VÖEN) şəhadətnaməsi;
  4. Müraciət edən auditorun özü olmadıqda müvafiq səlahiyyətin verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə.

 

 

Eklibris (kitabxana möhürü) möhürünün sifarişi üçün:

  1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
  2. Müraciət edən özü olmadıqda müvafiq səlahiyyətin verilməsinə dair müraciət edən şəxsə notarial qaydada təsdiq edilmiş etibarnamə.

 

Azərbaycan Respublikasının Dövlət gerbindən istifadəyə dair tələblər:

Möhürün üzərində Azərbaycan Respublikasının  Dövlət gerbinin həkk edilməsi üçün müraciət edən qurumun nizamnaməsində/ əsasnaməsində Dövlət gerbindən istifadəyə icazə qeyd edildikdə nizamnaməni/ əsasnaməni və ya tabeçiliyində olan yuxarı qurumun Dövlət gerbindən istifadəyə yazılı icazəsi təqdim etməlidir.