Haqqımızda

      "LSP" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Şirkət")  2014-cü ildən uğurla vətəndaşlara və təsərrüfat fəaliyyətinin subyektlərinə yüksək səviyyədə xidmət göstərir və bu səbəbdən də bu günə kimi fəaliyyətini uğurla davam edir.

      Şirkət hal-hazırda hüquqi, e-xidmətlər üzrə konsaltinq, möhür/ştamp və ciddi hesabat blanklarının hazırlanması xidmətlərini həyata keçirir. Şirkətin əməkdaşları qəbulu 1 və 2 saylı Bakı "ASAN xidmət" mərkəzlərində xüsusi ayrılmış YH pəncərəsində və Şirkətin ofisində təşkil edirlər. 

     Şirkətin bütün işçi heyəti yüksək səviyyəli peşəkarlardan ibarətdir. 1 və 2 saylı Bakı "ASAN xidmət" mərkəzlərində Operatorlar e-xidmətlər üzrə konsaltinq xidmətlərini göstərirlər, habelə möhür/ştamp və ciddi hesabat blanklarının hazırlanması üçün sifarişləri qəbul edirlər. Möhür/ştamp və ciddi hesabat blanklarının hazırlanması işləri yüksək texnoloji avadanlıqlarda hazırlanır və hüququşünas hazırlanan məhsulların qanunvericiliyin tələblərinə uyğun olmasına nəzarət edir.